sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı

Bu gün, 09:05 3 dəfə baxılıb

Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı


Fransada müsəlmanların ibadətini təqlid edərək namazı lağa qoyan, daha sonra isə nasist salamı verib “Yaşasın Hitler” qışqıran gömrük məmuru Patrik T.-nin cəzası hadisədən dörd il sonra müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, 2022-ci ilin yanvarında Şomon şəhərindəki Gömrük İttifaqında keçirilən şam yeməyində üç məmurun müsəlmanları istehza ilə təqlid etdiyi videogörüntülər üzə çıxıb.
Bundan əlavə, ittifaqın rəhbəri təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və svastika təsvirli corablar geyindiyi fotoların da yayılması ölkədə ciddi qəzəbə səbəb olub.

İnzibati araşdırmalardan sonra vəzifəsindən uzaqlaşdırılan məmura 2 il işdən kənarlaşdırılma cəzası verilib. Cəzanın bir ili şərti hesab edildiyindən o, faktiki olaraq 1 il işindən uzaq qalacaq və bu müddət bitdikdən sonra vəzifəsinə qayıda biləcək. Görüntülərdə yer alan digər iki məmur barəsində isə araşdırma davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO