Ermənistanda Zəngəzur dəhlizi layihəsinin başlanması münasibətilə qırmızı lent kəsilib, yol kənarında işləyən ekskavatorlar və digər tikinti texnikaları nümayiş etdirilib.
Bu barədə Ermənistanın İctimai Televiziyasının yayımladığı görüntülərə istinadən Sputnik Ermənistan məlumat yayıb.
Mərasimdə Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan çıxış edərək hadisəni tarixi əhəmiyyətli adlandırıb.
O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Ermənistanda uzunmüddətli sülhün və inkişafın təmin olunmasına xidmət edəcək.
Qukasyan yaxın gələcəkdə genişmiqyaslı tikinti işlərinin başlanacağına və layihənin reallığa çevriləcəyinə ümid etdiyini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.