sonnoqte.az
Xəbər başlıqları
  • 11:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 

İrandan SENSASİON Zəngəzur hədəsi: Hörmüzdən dərs götürün!

Bu gün, 09:00 3 dəfə baxılıb

İrandan SENSASİON Zəngəzur hədəsi: Hörmüzdən dərs götürün!


İranın ali liderinin müşaviri Məhəmməd Mühbər yazıb ki , "saxta marşrutlar" heç vaxt "əsl dəhlizləri" əvəz etməyəcək.

Musavat.com-un xəbərinə görə, Mühbər TRİPP layihəsini nəzərdə tutaraq belə söyləyib.

Ali rəhbərin müşaviri qeyd edib ki, İranın bölgədəki geosiyasi maraqları "qırmızı xətt" dir, onun keçilməsinə icazə verilməyəcək.

O, irəli gedərək təhdidlərini yağdırıb və Hörmüz boğazının nümunəsindən dərs çıxarmağa çağırıb.

Xatırladaq ki, Ermənistan və ABŞ TRIPP layihəsinin başlandığını elan ediblər. İran isə ilk gündən Zəngəzur dəhlizinin əleyhinə çıxır və bu gün də oxşar mövqe nümayiş etdirir.

İranın Zəngəzur dəhlizinə qarşı mövqeyi əvvəlkindən daha sərt ifadələrlə ortaya qoyulur. Bu ayın əvvəli ali rəhbərin digər müşaviri Əli Əkbər Vilayəti TRİPP layihəsinə qarşı olduqca sərt çıxış edib. Bu bəyanatlar Tehranın layihəyə münasibətində təhlükəsizlik və geosiyasi narahatlığın nə qədər güclü olduğunu göstərir.

İranın Ermənistanla sərhədi onun Şimali Qafqaza və Avrasiya istiqamətinə çıxış imkanlarından biridir. Tehran bu marşrutun dəyişməsini öz regional mövqeyinə təsir edən məsələ sayır.

İran üçün ən həssas məsələlərdən biri marşrutun ABŞ iştirakı ilə idarə olunmasıdır. Tehran iqtisadi və logistika layihəsinin gələcəkdə siyasi və ya təhlükəsizlik təsir vasitəsinə çevrilə biləcəyindən ehtiyatlanır.

Yeni dəhliz isə Şərq–Qərb yük daşımalarının marşrutlarını dəyişə, Azərbaycanın, Türkiyənin və digər regional ölkələrin tranzit imkanlarını artıra bilər. İran isə öz ərazisindən keçən logistika və ticarət xətlərinin strateji əhəmiyyətini qorumağa çalışır.

Tehran Azərbaycan və Türkiyənin daha sıx nəqliyyat və iqtisadi inteqrasiyasının regionda yeni güc balansı yaradacağından narahatdır. İran bunu öz regional təsir imkanları baxımından da qiymətləndirir.

İranın sərt ritorikası Azərbaycanda haqlı olaraq narahatlıq doğurur. Bununla belə, Tehran öz etirazını əsasən Ermənistanın suverenliyi, ABŞ-ın bölgədə mövcudluğu və regional sərhədlərin dəyişməsi ehtimalı ilə əsaslandırır.

Bu məsələyə dörd əsas aktorun — Azərbaycan, Türkiyə, İran və Rusiyanın, həmçinin ABŞ-ın maraqları prizmasından baxsaq, Zəngəzur layihəsinin niyə bu qədər böyük geosiyasi əhəmiyyət daşıdığı aydın görünür.

İranın Zəngəzur marşrutuna reaksiyasını yalnız Azərbaycana qarşı münasibətlə izah etmək məsələnin mahiyyətini daraldar. Burada daha böyük mübarizə gedir: Cənubi Qafqazın gələcək nəqliyyat və geosiyasi arxitekturasını kim formalaşdıracaq?

Bir sözlə, Azərbaycan və Türkiyə bağlantıların genişlənməsindən faydalanmağa çalışır; ABŞ yeni regional düzənin formalaşmasında iştirak edir; Ermənistan təcriddən çıxmaq və suverenliyini qorumaq istəyir; Rusiya əvvəlki dominantlığını itirmək istəmir, İran isə öz sərhədinin yanında yeni güc balansının onun əleyhinə dəyişməsindən və tranzit əhəmiyyətinin zəifləməsindən ehtiyat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO