sonnoqte.az
Xəbər başlıqları
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Vaşinqtondan sensasiyalı ssenari: Donbass müqabilində Ukrayna NATO-ya üzv ola bilər

Bu gün, 15:30 17 dəfə baxılıb

Vaşinqtondan sensasiyalı ssenari: Donbass müqabilində Ukrayna NATO-ya üzv ola bilər


ABŞ rəsmiləri Ukraynanın qoşunlarını Donbassdan çıxarması müqabilində NATO-ya üzvlüyünün mümkünlüyünü qapalı danışıqlarda müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, əvvəllər qeyri-real hesab olunan bu variant son aylarda Kuşner və Uitkoffun Avropa rəsmiləri ilə apardığı danışıqlar zamanı dəfələrlə gündəmə gətirilib.

Bundan əlavə, qəzetin məlumatına görə, keçən həftə Kuşner bu imkanı Dublin aerodromunda Volodimir Zelenski və Avropa ölkələrinin nümayəndələri ilə müzakirə edib. Bu məsələ həmçinin Kuşner və Uitkoffun Ukrayna, Avropa və Rusiya nümayəndələri ilə görüşdüyü BƏƏ-dəki danışıqların ən azı birində qaldırılıb. Avropa liderlərindən birinin sözlərinə görə, bu ideya hələ avqust ayında keçirilən telefon danışığı zamanı da müzakirə olunmuşdu.

WSJ-nin həmsöhbətlərinin iddiasına əsasən, Amerika tərəfi iki mümkün ssenarini nəzərdən keçirib. Birinci variant Ukraynanın Donbassdan imtina etməsi müqabilində NATO-ya üzvlüyünü nəzərdə tutur, ikinci variant isə münaqişənin mövcud cəbhə xətti üzrə dondurulmasını və Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini ehtiva edir.

Qeyd edək ki, bu cür müzakirələrin fonunda həm diplomatik kuluarlarda, həm də cəbhə xəttində gərgin proseslər davam edir; tərəflərin mövqeləri və mümkün razılaşmaların şərtləri ətrafında kəskin fikir ayrılıqları hələ də qalmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO