Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımovanın ifası dünyaca məşhur "GTA 6" ("Grand Theft Auto VI") videooyununda yer alıb.
Minval xəbər verir ki, oyunun radio efirində kanadalı müğənni Nelli Furtadonun məşhur "Say It Right" hitinin Alim və Fərqanə Qasımovaların muğam üslubunda səsləndirdiyi kaver versiyası yayımlanır.
Sözügedən kompozisiya oyunun rəsmi radiostansiyalarından biri olan "Kaleidoscope FM"in pleylistinə daxil edilib.
Qeyd edək ki, oyunsevərlərin 13 ildir gözlədiyi "GTA 6" bu gün, noyabrın 19-da rəsmi olaraq satışa çıxarılıb. Artıq milyonlarla oyunçu Vays-Siti (Vice City) kəşf etməyə başlayıb.
Azərbaycanlı dinləyicilər üçün isə bu virtual səyahətdə məşhur muğam ustalarımızın dünya hitinə verdiyi unikal nəfəs xüsusi sürpriz olub. Xatırladaq ki, Alim və Fərqanə Qasımovalar bu kaveri illər əvvəl Azərbaycan televiziyasında yayımlanan "Bizimkilər" layihəsi çərçivəsində ifa etmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.