sonnoqte.az
Xəbər başlıqları
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 

DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO

Bu gün, 12:30 7 dəfə baxılıb

DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.
Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər. Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.

Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.

Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO