“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib, 2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, 2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq: mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial sığorta güzəşti, işçilərin əməkhaqqına isə sıfır faizli gəlir vergisi:
“İri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcək. Vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.