1 əsrdən çox tarixə malik olan kollecimiz
Qədim tibb təhsili ocağının 120 illik yubileyi qeyd olunur.
Azərbaycanın qocaman təhsil ocağı olan 1 nömrəli Bakı Tibb Kolleci ölkəmizdə orta ixtisaslı tibb kadrları hazırlayan ilk təhsil müəssisəsi kimi həyata vəsiqəsini 120 il öncə almışdır.
İlk tibb təhsili ocağı çətin və mürəkkəb, eyni zamanda uzun və şərəfli bir inkişaf yolu keçərək zəngin ənənələrə malik, təbabətin ayrı-ayrı sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisaslı mütəxəssis hazırlığını həyata keçirən təhsil müəssisəsinə çevrilmişdir.
Bu il kollecin 120 İllik Yubileyinin yüksək səviyyədə keçirilməsi üçün tədbirlər planı hazırlanır və qeyd olunması planlaşdırılır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nailə xanım Əliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyevadır.
Tibb elmləri namizədi
Nailə Həsən qızı Əliyeva 1967-ci il avqust ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri 20 saylı orta məktəbə daxil olmuş, 1984-cü ildə həmin məktəbi “Qızıl medalla” bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1990-cı ildə həmin İnstitutun “Müalicə-profilaktika” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt, 1999-cu ildə 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə” fənn müəllimi vəzifəsinə təyin edilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir.
1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nailə xanım Əliyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Nailə xanım Əliyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Nailə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Nailə xanım Əliyeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Nailə xanım Əliyeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Nailə xanım Əliyevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Nailə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nailə xanım Əliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 1 nömrəli Bakı Tibb Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Nailə xanım Əliyeva özünü doğruldub. Bizdə hörmətli Nailə xanım Əliyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.