sonnoqte.az
Xəbər başlıqları
  • 11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 
  • 11:24 – Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev 
  • 11:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 12:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto

Bu gün, 09:53 5 dəfə baxılıb

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto


Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub.

Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi yolun Yasamal rayonundan keçən hissəsində - üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Həmin gecə Əli, Murad, Cəfər və digər 3 dostları “Khazar” markalı maşınla hərəkətdə olublar. Avtomobil Cəfərə məxsus olsa da, o və digər dostları içkili olduqlarından sükan arxasına ayıq vəziyyətdə olan Əli keçib. Lakin o, maşını idarə edərkən sükana hakimiyyəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı yük avtomobilinə çırpılıb. Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri ağır xəsarət alıb.

M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub.

Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun 2 il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO