sonnoqte.az
Xəbər başlıqları
  • 12:10 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 11:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 12:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 
  • 11:47 – Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar 

Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular

15-09-2026, 14:22 14 dəfə baxılıb

Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün İrəvanda qədim əlyazmaların saxlanıldığı Matenadaranı ziyarət edib.

Qrononu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan müşayiət edib.

Ermənistan XİN-in məlumatına görə, Aİ rəsmisi muzeyin qədim əlyazmalar kolleksiyası ilə tanış olub. Rəsmi açıqlamada Ermənistanın erməni və dünya mədəni irsinin, o cümlədən qədim əlyazmaların qorunmasına verdiyi töhfənin “nümunəvi və beynəlxalq səviyyədə tanınmış” olduğu xüsusi vurğulanıb.

Bu ziyarətin Qrononun xarici diplomatlarla Qarabağa səfərindən dərhal sonraya təsadüf etməsi xüsusilə diqqət çəkir. Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ səfəri zamanı diplomatlara bölgənin tarixi və xristian irsi ilə bağlı faktları təqdim etmiş, o cümlədən bu tarixə dair məlumatların yer aldığı kitabı nümayiş etdirmişdi.

Hikmət Hacıyevin Qarabağda erməni tərəfinin bölgənin tarixi ilə bağlı uzun illər irəli sürdüyü tezisləri faktlarla puç etməsi İrəvanda, obrazlı desək, “zəlzələ effekti” yaradıb. Bunun ardınca Ermənistan tərəfinin Aİ xüsusi nümayəndəsini Matenadarana apararaq qədim əlyazmaları xüsusi şəkildə nümayiş etdirməsi Qarabağdakı təqdimata cavab vermək cəhdi təsiri bağışlayır.

Beləliklə, İrəvanın Qrononun Qarabağ səfərinin dərhal ardınca məhz qədim əlyazmalar mövzusunu ön plana çıxarması təsadüfi görünmür. Ermənistan tərəfinin bu addımı Qarabağda diplomatlara təqdim edilən tarixi faktların yaratdığı təsiri zəiflətmək üçün atılmış çarəsiz cavab addımı kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO