12:10 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
11:20 – İlham Əliyev bu şəxsləri təltif etdi
12:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto
11:47 – Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 13:11
3 dəfə baxılıb
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində mərasim evinin dam hissəsində aparılan təmir işləri ilə yerində tanış olmaq məqsədilə binanın damına qalxıb.
Rayon rəhbərinin təmir işlərinin gedişinə birbaşa yerində baxış keçirməsi kənd sakinləri tərəfindən təəccüblə qarşılanıb.
Genişarağa səbəb olan video görüntülərdə A.Əhmədov addımını bu şəkildə əsaslandırıb:
"Bu mərasim evi mütəmadi olaraq çoxsaylı insanların toplaşdığı bir məkandır. Mən damda görülən işləri gözümlə görməliyəm və əmin olmalıyam ki, işlər keyfiyyətlə görülür.
Hər hansı xırda bir səhv gələcəkdə insanların həyatı bahasına başa gələ bilər."/yenisabah.az/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: