sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar

15-09-2026, 11:27 51 dəfə baxılıb

Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar


Sentyabrın 14-ü Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L'İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.

“Saziş Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və L'İMAD-ın idarəedici direktoru və qrup baş icraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.

Sazişin şərtlərinə əsasən, AİH və L'İMAD fondu Azərbaycanda və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır.

Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə, xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.

Tərəflər bu sazişin Azərbaycan ilə BƏƏ arasında dinamik şəkildə artan iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu və davamlı inkişafı dəstəkləyən yüksəkkeyfiyyətli investisiya imkanlarının müəyyən edilməsi istiqamətində birgə tərəfdaşlığı əks etdirdiyini vurğulayıblar.

Sənəd çərçivəsində uzunmüddətli kapitalın strateji sektorlara birgə yönəldilməsi, regional inteqrasiyanın və əlaqələrin gücləndirilməsi, eləcə də hər iki ölkə üçün dayanıqlı və uzunmüddətli iqtisadi dəyərin yaradılması hədəflənir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO