sonnoqte.az
Xəbər başlıqları
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 11:06 – İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi 

Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”

Bu gün, 11:20 9 dəfə baxılıb

Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”


“Düşmənin beli döyüş meydanında qırıldı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu şad olsun:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz erməni işğalına son qoya bildik. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO