sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR

Bu gün, 10:02 32 dəfə baxılıb

Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR


"İki gün sonra Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan Şuşanın işğaldan azad olunması - Şuşa şəhəri günü qeyd ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 6 il öncə, noyabrın 8-də Azərbaycanın qürur mənbəyi olan Şuşa şəhərini işğaldan azad etdi.
Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Şuşa da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu".

Bu sözləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, son 6 ildə Şuşa şəhərində aparılan intensiv yenidənqurma işləri şəhəri yenidən öz ruhuna qaytardı:

"İşğaldan azad olunan digər ərazilərimiz kimi Şuşa şəhəri də iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən öncə Şuşa iqtisadiyyatı rayonun respublikanın digər bölgələrində fəaliyyət göstərən müəssisələri hesabına formalaşırdı. Zəfərdən sonra isə Şuşa öz iqtisadiyyatına və inkişaf yoluna malik oldu.

Zəfərdən sonra Şuşanın iqtisadiyyatı 44 dəfə böyüyüb. Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 18,5 milyon manat idisə, indi bu gösrəriici, 800 milyon manatdan çoxdur. Zəfərdən öncə cəmi 15 min manat sənayesi olan Şuşa rayonu artıq 25 milyon manatdan çox emailedici məhsul istehsal edir. Tikinti sektorunda isə xüsusi inkişaf qeydə alınıb. Zəfərdən öncə Şuşa müəssisələri tərəfindən 12,5 milyon manatlıq tikinti sektoru formalaşdırılmışdırsa, indi bu göstərici 750 milyon manatdan çoxdur".

"İşğal müddətində, uzun müddət baxımsız şəhərə çevrilən Şuşa artıq Qafqazın əsas inkişaf mərkəzlərindədir. Bu, Şuşa və Qarabağ üçün yeni inkişaf mərhələsi deməkdir", - deyə millət vəkili qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO