sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur

Bu gün, 11:28 28 dəfə baxılıb

Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur


"Azərbaycanda kənd təsərrüfatının inkişafının dəstəklənməsi məqsədilə uzun illərdir geniş vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və onların iqtisadi səmərəliliyi Dövlət Vergi Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aparılmış təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib:

"Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının güclənməsində və gəlirliliyinin artmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların formalaşdığını göstərir. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

Layihəyə əsasən aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması
ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi
əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i
ümumi qaydada vergiyə cəlb olunacaq".

Xidmət rəsis bildirib ki, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş
şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq:

"Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi
ilə şərtləndiriləcək.

Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu heyvandarlıq sektoru üzrə
idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən
azad ediləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO