sonnoqte.az
Xəbər başlıqları
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 12:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

Canımı Vətənimə qurban demişdim

Bu gün, 19:40 5 dəfə baxılıb

Canımı Vətənimə qurban demişdim




44 gün davam edən Vətən müharibəsi "Zəfərlə " başa çatdı .Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyev cənabları qələbə xəbərini böyük sevinclə efirlərdən xalqımıza və bütün dünyaya elan etdi .
Bu qələbəni çoxları bitməmiş ,yarımçıq qələbə kimi qəbul edirdi .Bəlkə də o ərəfə üçün ,o da düşünülmüş bir plan idi .Ancaq strateji yüksəkliklər ,üstünlüklər  bizim ordumuzun əlində idi ,ancaq hər şey ürəyimizcə deyildi .Çünki ,ermənilər torpağımızda Artsax dövlətini qurmaq xülyalarından əl çəkmirdilər .Bu da yeni müharibə ocağı demək idi .

Bu müharibəni də 23 saat 50 dəqiqiqə davam edən ,tarixə qızıl hərflərlə yazılmış ,sərhədlərimizin tam bərpa edilməsilə   nəticələnmiş "Antiterror müharibəsi "oldu .
İki gün( 24 saat )davam edən müharibədən artıq  üç il keçmişdir .Bu döyüş və əməliyyatlarda  yüksək qəhrəmanlıq nümunəsi  göstərən Baş Gizir Şərafəddin Xankişiyevlə görüşərək xatirələrini sizinlə bölüşmək istəyirəm .


"Antiterror əməliyyatına "az qalmış Qarabağ ərazisinə ezam olunduq ."KARNET,FAQOT"(TƏYİR ) qurğuları və 100-ə yaxın raketləri hərbi hissənin qərərgah rəisi 2 dəfə ön cəbhəyə daşımaq üçün səy göstərsə də nail ola bilməmişdi .Rus sülhməramlı qüvvələri onları geri qaytarmışdı .
Başqa variantımız yox idi .Bu silahlar mütləq şəkildə ön cəbhəyə aparılmalı idi .Bu sursatları ərzaq daşıyan maşına yükləyib, üzərində çoxlu su və quru ərzaq qutuları  yığaraq, onların arasında 4 XTQ -lərin mənsubunu da gizlədib sülhməramlı qüvvələrin nəzarətindən maneəsiz keçirilməsini mənə həvalə etdilər .Mən bu sursatları  rus sülhməramlılardan keçirib ön cəbhəyə daşınmasını təmin etdim .Silah-sursatı yerbəyer etdikdən sonra audiyyəti üzrə məruzə etdim .Ön cəbhədə olduğum müddətdə hərbi hissənin Aviyasiya rəisi Polkovnik Leytenant İdris İsayev yanıma gələrək ,özümlə gətirdiyim 4 nəfər heyəti postlara yerləşdirdi .

Antiterror müharibəsinə 7 gün qalmış Batareya komandiri mənimlə rabitə əlaqəsi quraraq qarşımda olan düşmən postlarının koordinatlarını istəyib ,qərərgah rəisinin əmridir ,icra etməlisən ,deyərək ,tapşırığını verdi .Bu əməliyyatda mənə köməklik edən Polkovnik Leytenant İdris İsayevlə birlikdə düşmən mövqeləri ilə üzbəüz postlarımızı gəzdik .Bizim postdan düşmən mövqeləri görünmürdü ,aramızda sıx meşələr ,hündür ağaclar var idi .Biz onların səslərini ,bir də texnikalarının hərəkətdə olan vaxtı səslərini eşidə bilirdik .

Hər şeyi olduğu kimi batareya komandirinə məruzə etdim .Komandir mənimlə razılaşmayaraq "Sən mənə düşmən postlarının koordinatlarını göndər ,qoy artileriya bölmələrimiz həmin postun koordinatlarını dəqiqləşdirsinlər ki , atdığımız mərmilər boşa getməsin .Hərbi hissənin qərərgah rəisinin əmridir yerinə yetirməlisən" ,deyərək telefonu qapatdı .
7 gün ərzində biz Polkovnik Leytenant İdris İsayevlə düşmənin 10 gizlin postun yerini aşkar edib, orada düşmən əsgərinin olub -olmadığını təyin etmək ,daha da yaxın məsafədən izləmək üçün sürünərək postların hərəsində 10-12 - 16 düşmən döyüşçüsünün olduğunu dəqiqləşdirdik .Hətta əlavə olaraq Xankəndiyə yaxın yüksəklikdə yerləşən müşahidə postunu da aşkar edə bildik .

Bu postların yerini  ,koordinatlarını tam dəqiqliklə çıxarıb məlumatı batareya komandirinə ötürdüm .Antiterror əməliyyatının ilk anlarında əvvəlcədən koordinatlarını ötürdüyümüz düşmən postları artileriya bölmələrimiz tərəfindən darmadağın edilərək sıradan çıxarıldı .Bölmələrimiz maneəsiz Xankəndi ərazisinə daxil olub ərazilərimizdən düşmənləri qova -qova irəli getməyə başladıq .İrəlilədikcə düşmən artileriyasının zərbələrinə məruz qalırdıq .Buna baxmayaraq Xankəndiyə yaxın bütün mühüm yüksəklikləri nəzarətimizə keçirə bildik .Əvvəlcədən koordinatını ötürdüyüm müşahidə postundan bizə dayanmadan atəş açıldı .Düşmən müşahidə postu elə mühüm strateji ərazidə yerləşirdi ki ,oradan həm Şuşa ,həm də Yeravandan Xankəndiyə gələn Xəlfəli yolu üzərində olan düşmən qüvvələrini və bizim yerləşdiyimiz əraziləri  tam olaraq müşahidə edə bilirdilər .
Düşmən mövqeyi yüksəklikdə olduğu üçün oranı ələ keçirmək bölmələrimiz üçün çətinlik törədirdi .O postda düşmənin 40 -45 nəfər əsgərinin olduğunu müşahidə etmişdim .Batareya komandiri mənə əmr etdi ki ,"Faqot "silahımla həmin postun mərkəzinə raket zərbəsini endirim .4 ardıcıl raket zərbəsindən sonra ölən öldü ,qalanı da ağ bayraq  qaldırdılar .
Beləliklə komandan səviyyəsində bizə əmr gəldi ki ,atışmaları dayandırın .Separatçı erməni ordusu ağ bayraq qaldıraraq tam təslim olduqlarını elan etdilər .Bununla da 3 gün ərzində Xankəndi və Xocalı şəhərində məskunlaşmış  əhalisinin sonuncu nəfərə  kimi oraları tərk etməsinin şahidi olduq .

Bununla da ərazi bütövlüyümüzü tam bərpa edə bildik .Bu döyüşlərdə artileriya mərmilərinin partlamasında hər iki qulağımın pərdələri zərbədən  zədələnmişdi. Başımda ağrılar olduğundan hərbi hissənin tibbi yardım maşını ilə Şuşa şəhərindəki hospitala apardılar .Ağrılarım artdığından MN-nin hərbi hospitalına aparıldım .45 gün həmin hospitalda müalicə olunduqdan sonra evə buraxıldım .

Bununla da orduda 22 il 9 ay hərbi fəaliyyətimə son qoyuldu .Bu illər ərzində çətinliklərlə üzləşsəm də çox qürurluyam .
Qürurluyam ki ,ölkəmizin müstəqilliyinə , ərazi bütövlüyümüzün bərpasında mənim də təmənnasız xidmətlərim olmuşdur .

Baş gizir Xankişiyev Şərafəddin Sərdar oğlu təkcə sonuncu Antiterror tədbirlərində yox, bundan qabaq da Vətənimizin azadlığı uğrunda döyüşlərdə və müharibələrdə iştirak etmişdir.
O, 2012-ci ildən 2016-cı ilə qədər düşmən dərinliyində 8 dəfə xüsusi kəşfiyyat-döyüş tapşırıqlarının iştirakçısıdır.
2016-cı il Aprel döyüş tapşırıqlarının iştirakçısıdır.
2020-ci il 44 günlük Vətən müharibəsinin tam iştirakçısıdır.
2021-ci il Kəlbəcər ərazisinin bərpasında yüksək səviyyədə 60 günə yaxın iştirak etmişdir.
2022-ci il 4 günlük “Sarsıdıcı Zərbə” müharibəsində düşmənə qarşı yüksək səviyyədə döyüşmüş, düşmənin 1 ədəd “Jitel” REM kəşfiyyat texnikasını, dövlət dəyəri 10 milyon dollar dəyərində olan texnikasını, 3 ədəd silah-sursat daşıyan “Ural” texnikasını, çox sayda canlı qüvvəsini və düşmənin nəzarətində olan 100 hektarlarla torpağı yandırıb sıradan çıxartmışdır.
2023-cü ildə Antiterror əməliyyatlarının iştirakçısıdır.
Şərafəddin Sərdar oğlu Xankişiyev Antiterror əməliyyatından 7 gün əvvəl 32 il həsrətdə olan Xankəndi ərazisinə ilk ayaq basan kəşfiyyatçıdır.

Belə qəhrəman oğullarla biz Zəfərimizi əldə edə bildik .Bu qələbə münasibətilə  qəhrəman el  oğlumuz Şərafəddin Xankişiyevi təbrik edərək ,sağlamlıq ,xoş günlər arzulayıram .Onların ağır zəhmətilə Qarabağ torpağına  əmin -amanlıq ,Vətənimizə sülh ,sərhəd  bütövlüyümüz təmin  olundu .
Bu yolda şəhid olan bütün  XTQ -sıralarlnda xidmət edib şəhid olan  və canını Vətən yolunda fəda edən əsgərlərimizə min rəhmət diləyirəm .Ruhunuz şad olsun .Uğrunda mübarizə apardığınız torpaqlarda yeni həyat qurularaq insanlar firəvan ,azad ,təhlükəsiz yaşayır .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO