sonnoqte.az
Xəbər başlıqları
  • 11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 
  • 11:24 – Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev 
  • 11:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 12:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 

Azərbaycan hökuməti dörd illik proqnozlarını açıqladı: Manatı nə gözləyir?

Bu gün, 09:00 6 dəfə baxılıb

Azərbaycan hökuməti dörd illik proqnozlarını açıqladı: Manatı nə gözləyir?


Azərbaycan hökuməti 2027-2030-cü illər üçün makroiqtisadi proqnozlarını açıqlayıb.

Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin avqust ayında təqdim olunan proqnozlaına əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üzrə 65,0 ABŞ dolları olacağı gözlənilir.

Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141,0 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcəkr. 2030-cu ildə ÜDM in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM in isə 4,4 faiz olacağı proqnozlaşdırılır.

Hökumət 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82,0 faizə çatacağını gözləyir.

Ölkədə bu il 5,7 faizə yüksələn inflyasiyanın 2027-ci ildə 5,3 faiz, 2028-ci ildə 4,8 faiz, 2029-cu ildə 4,6 faiz, 2030-cu ildə isə 4,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027 -2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO