sonnoqte.az
Xəbər başlıqları
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 

Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!

Bu gün, 13:17 21 dəfə baxılıb

Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!


ABŞ Dövlət Departamentinin İranın nüvə proqramı barədə məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat təklif etməsi Tehranın sərt etirazına səbəb olub.

İranın IRIB telekanalının məlumatına əsasən, ölkənin xarici işlər naziri Abbas Araqçı bununla bağlı BMT-yə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) etiraz məktubu ünvanlayıb.

İranın xarici işlər naziri ABŞ-nin bu addımını “nifrət doğuran və təəssüfverici” adlandırıb.

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” (Rewards for Justice – RFJ) proqramı çərçivəsində elan etdiyi təklifə əsasən, İranın nüvə proqramı haqqında məlumat təqdim edən şəxslər 20 milyon dollara qədər mükafat ala bilərlər.

Proqram çərçivəsində məlumat verən şəxslərin və onların ailə üzvlərinin başqa ölkəyə köçürülməsi imkanı da nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO