11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
Bu gün, 08:38
11 dəfə baxılıb
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində uşaq meydançasında təhlükəli çökmə baş verib. Bu səbəbdən sakinlər narahatlıqlarını bildiriblər. "Xəzər" TV xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidən gün ərzində çoxlu sayda uşaq və yaşlı insan istifadə edir. Oyun meydançasında yaranmış çökmə isə hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Sakinlər bildirirlər ki, bir müddət əvvəl əraziyə aidiyyəti qurumlar baxış keçiriblər. Amma mövcud təhlükə hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib. Kanalizasiya lükünün özündə hazırda hər hansı problem yoxdur. Sadəcə, lükün ətrafında çökmə qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb. Həmin ərazi müəyyən vaxt çərçivəsində abadlaşdırılacaq və çökmənin baş verdiyi hissəyə asfalt örtüyü çəkiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: