sonnoqte.az
Xəbər başlıqları
  • 11:49 – Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 11:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 10:50 – İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 
  • 10:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 

“Son tanqo” başa çatdı... - Video

Bu gün, 08:29 7 dəfə baxılıb

“Son tanqo” başa çatdı... - Video


Əfsanəvi futbolçu Lionel Messi Argentina millisindəki 208-ci və son oyununu qolla başa vurub.

“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı futbolçu Buenos-Ayresdə Beninə qarşı keçirilən yoldaşlıq görüşündə millidəki 126-cı qolunu vuraraq komandasına emosional şəkildə vida edib.

21 illik milli karyerasının son qarşılaşmasına çıxan Messi “son tanqo” adlandırılan matçda 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək topu qapının yuxarı küncünə göndərib. Onun qolu “Estadio Monumental”ı dolduran azarkeşlərin böyük coşqusuna səbəb olub.



Messi bundan əvvəl də komanda yoldaşlarının iki qolunda iştirak edib. 48-ci dəqiqədə künc zərbəsindən sonra Nikolas Otamendinin başla fərqlənməsinə şərait yaradıb. Daha sonra isə Niko Pazın qolu öncəsi məhsuldar ötürmə verib.

Nəticədə Argentina Benini 3:0 hesabı ilə məğlub edib.

Vida matçının yaratdığı emosional atmosfer qarşılaşma başlamamışdan əvvəl hiss olunub. Argentina millisinin avtobusu stadiona yaxınlaşarkən Messi azarkeşlərin izdihamını gördükdə göz yaşlarını saxlaya bilməyib.



Argentina himni səslənərkən də Messi və baş məşqçi Lionel Skaloninin göz yaşlarına hakim ola bilmədiyi görüntülənib.



Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və bütün stadion Argentina futbolunun əfsanəvi 10 nömrəsini alqışlayıb. Benin futbolçuları da Messi ilə növbə ilə əl sıxışaraq ona hörmətlərini nümayiş etdiriblər.



Messinin milli komandadakı son oyunu üçün “Estadio Monumental”a 85 mindən çox bilet 90 dəqiqə ərzində satılıb. Biletlərin təkrar satış platformalarında qiymətinin 2500 dolları keçdiyi bildirilib.

Messi Argentina tarixinin ən çox qol vuran və ən çox oyun keçirən futbolçusu kimi karyerasını başa vurur. O, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Dünya Kubokunu qazanıb. Qətərdəki mundialda çempion olaraq ölkəsini 36 ildən sonra dünya zirvəsinə çıxarıb və Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.

Messi dünya çempionatlarında 21 qol vurub və Kriştiano Ronaldo ilə birlikdə rekord sayda – altı mundialda iştirak edib. Beynəlxalq futbolda oyun və qol sayına görə onu yalnız Ronaldo qabaqlayır: portuqaliyalı futbolçunun 234 oyunda 146 qolu var.

Messi klub karyerasını isə “İnter Mayami”də davam etdirir. O, bu yaxınlarda MLS təmsilçisi ilə dördüncü kubokunu – “Campeones Cup”ı qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO