sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

39 yaşlı ulduz dayanmaq bilmir - 1957-ci ildən qalan rekordu təzələdi

Bu gün, 08:28 5 dəfə baxılıb

39 yaşlı ulduz dayanmaq bilmir - 1957-ci ildən qalan rekordu təzələdi


Argentina milli komandasının və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İslandiya ilə keçirilən yoldaşlıq oyununda (3:0) növbəti tarixi uğura imza atıb.

İslandiya millisi üzərində qazanılan inamlı qələbə Messi üçün ikiqat yaddaqalan olub.

O, bu qarşılaşmada Argentina yığmasının heyətində özünün 199-cu rəsmi oyununa çıxıb və millidəki 117-ci qolunu vurub.

Bu qolun əsas özəlliyi ondan ibarətdir ki, Messi Argentina milli komandasının tarixində qol vuran ən yaşlı futbolçu adını qazanıb. Bununla da o, onilliklər boyu yenilənməz qalan tarixi rekordu qırmağı bacarıb.

Yığmada qol vuran ən yaşlı oyunçu rekordu bundan əvvəl Anhel Labrunaya məxsus idi. Labruna 1957-ci ildə Braziliya millisinin qapısına yol taparkən 38 yaş 9 ay 10 günlüyündə idi. İndi isə bu rekord Messiyə keçib.

Xatırladaq ki, dünya çempionatına hazırlaşan son dünya çempionu Argentina yığması DÇ-2026-nın qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.(qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO