sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?

Bu gün, 09:51 4 dəfə baxılıb

Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?


Siyəzən rayonunda fəaliyyət göstərən 10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, əksəriyyəti müddətsiz əmək müqaviləsi ilə çalışsa da, qəfil işdən azad olunacaqları bildirilib.

Xəzər Tv xəbər verir ki, işçilər deyirlər ki, qərarın səbəbi onlara izah edilməyib.

Şikayətçilərin sözlərinə görə, çalışdıqları müəssisənin adı fəaliyyəti dayandırılan idarələrin siyahısında yer almır. Buna baxmayaraq, onlar işdən çıxarıldıqlarını bildirirlər.

Məsələyə aydınlıq gətirmək üçün Bakıya, Avtomobil Yolları Dövlət Agentliyinə gəldiklərini, lakin suallarına cavab ala bilmədiklərini deyirlər.

Şikayətçilər bildirirlər ki, əsas istəkləri əvvəlki iş yerlərinə qayıtmaqdır. Onların sözlərinə görə, aldıqları əməkhaqqı ailələrinin əsas dolanışıq mənbəyidir və işdən çıxarılma qərarına yenidən baxılmasını istəyirlər.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, optimallaşdırma aparılaraq beynəlxalq təcrübə əsasında struktur islahatları həyata keçirilir. Məqsəd effektiv idarəetmə sisteminin formalaşdırılması, büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinin təmin edilməsidir. Qeyd olunub ki, bu islahatlar agentliyin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olmaqla, ölkədə yol infrastrukturunun müasir standartlara uyğun inkişafına xidmət edir. Proses əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO