sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Bu gün, 08:27 3 dəfə baxılıb

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi


Ağdaşda silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO