11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 09:28
47 dəfə baxılıb
Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib.
Paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib:
"Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər.
Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur".
Qeyd edək ki, 3 il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal anterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib.
Sentyabrın 19-u başlayan əməliyyat qısa müddətə, cəmi 23 saat 50 dəqiqəyə qarşıya qoyulan məqsədlərə çatan kimi dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: