sonnoqte.az
Xəbər başlıqları
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 12:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş

Bu gün, 08:21 2 dəfə baxılıb

Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş


ABŞ ordusu süni intellektin köməyilə hazırlanmış səhv kəşfiyyat təhlilinə görə Yaxın Şərqdə nüvə silahı komponentləri daşıdığı güman edilən Çin gəmisini dayandırmaq üçün yüksək hazırlıq vəziyyətinə keçib.

 CNN-ə danışan dörd ABŞ mənbəsinin məlumatına görə, hadisə bu ilin yazında ABŞ və İsrailin İrana qarşı intensiv hücumları zamanı qeydə alınıb.

ABŞ ordusu daxilində yayılan kəşfiyyat hesabatında Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin İranın nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.

Bunun ardınca ABŞ ordusu gəmini “hərbi şəkildə” ələ keçirmək üçün əməliyyata hazırlaşıb. Lakin planlaşdırılan əməliyyatdan qısa müddət əvvəl rəsmilər yekun hesabatın daha ətraflı araşdırılmasını tələb ediblər.

Məlum olub ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən hazırlanan hesabat süni intellektin köməyi ilə hazırlanıb. Analitikin istifadə etdiyi çatbot isə gəminin daşıdığı yükü səhv müəyyənləşdirib.

ABŞ mənbələrindən biri hesabatı “tamamilə səhv, az qala müharibəyə gətirib çıxarırdı” sözləri ilə təsvir edib.

Mənbənin sözlərinə görə, Çin gəmisinə qarşı hərbi əməliyyat ABŞ və Çin arasında silahlı münaqişəyə çevrilmək riski yaradıb.

Hesabatda gəminin daşıdığı yükün nə olduğu açıqlanmayıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hadisə ilə bağlı şərh tələbinə cavab verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO