Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Lerik Rayonunda da uğurla davam etdirilir
“Avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyəti ilə fərqləndiyinə görə” Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş “52 nömrəli Yol İstismarı” MMC-nin rəisi Elxan Əliyevə “Tərəqqi” medalı təqdim edilib.
Bu münasibət ilə Sonnoqte.az-ın rəhbərliyi və kollektivi adından Elxan Əliyevi təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Lerik rayon 52 saylı Yol İstismarı MMC-nin rəisi Elxan Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Lerik Rayonunda da uğurla davam etdirilir.
Həyat insana bir dəfə bəxş olunur və hər kəs həyatı boyunca öz düşüncə tərzinə, insanlarla qurduğu münasibətə və əməllərinə layiq olduğu məqama yetir. Qurub – yaşatmaq eşqi ilə yaşayan və gözəl, xeyirxah düşüncələrini həyata keçirməyi qarşısına vəzifə borcu qoyaraq, alın tərilə,elmi – bilikləri və bacarığı ilə nailiyyətlərə qovuşan el ağsaqqalı haqqındadır söhbətimiz.
Hər kəs onun xeyirxahlığından, mənəviyyatlı, təvazökar və sadə bir insan olmasından böyük razılıq edir və bu qənaətə gəlirlər ki, heç bir vəzifə, məqam əsl insaniyyətliyi dəyişə bilmir – elə Elxan müəllim kimi. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Lerik rayon 52 saylı Yol İstismarı MMC-nin rəisi Elxan Əliyevdir.
Lerik rayon 52 saylı Yol İstismarı MMC-nin rəisi Elxan Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elxan Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik rayon 52 saylı Yol İstismarı MMC-nin rəisi Elxan Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Elxan müəllim hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Elxan müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .