sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü

Bu gün, 09:01 2 dəfə baxılıb

Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü


Avropa İttifaqına üzv bir sıra ölkələrin səfirləri Zəngəzura səfər edərək bölgədə həyata keçirilən layihələrin nəticələrini və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, Niderlandın Ermənistandakı səfiri Marike Monroy-Vinter və Aİ-yə üzv bir sıra dövlətlərin səfirləri “Dayanıqlı Zəngəzur – Avropa Komandası” təşəbbüsü çərçivəsində görülən işlərə yekun vurublar. Görüş Zəngəzur bölgəsinin administrasiyasında keçirilib.

Niderland səfiri bildirib ki, bu cür görüşlər yalnız görülmüş işlərin nəticələrinin qiymətləndirilməsi deyil, həm də tərəfdaşlığın gələcək istiqamətlərinin birgə müəyyənləşdirilməsi üçün mühüm platformadır. O, bölgə administrasiyasının gələcək əməkdaşlıqla bağlı baxışlarının dinlənilməsini xüsusilə dəyərli adlandırıb.

Səfər zamanı nümayəndə heyəti Qafanda süd məhsulları istehsal edən müəssisəyə baş çəkib, Lehvazda əhalinin içməli suya çıxışının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub. Daha sonra səfirlər “Meghri Fruits” şirkətini ziyarət ediblər.

Niderland səfirliyinin məlumatına görə, “Avropa Komandası”nın dəstəyi ilə “Meghri Fruits” istehsalını genişləndirib, yeni iş yerləri yaradıb və yeni ixrac bazarlarına çıxıb.

“Dayanıqlı Zəngəzur” təşəbbüsü çərçivəsində bölgə üçün səfərbər edilən vəsaitin həcmi 258 milyon avroya çatıb. Vəsait infrastruktur, biznes və peşə bacarıqlarının inkişafı, təhsil, sosial xidmətlər və təbii ehtiyatların idarə olunması kimi istiqamətlərə yönəldilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO