Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımov vəzifəsini şərəflə yerinə yetirir
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan İş adamı Nəcəf Kazımov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Nəcəf Kazımov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəcəf Kazımovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nəcəf Kazımov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımov - 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın müxtəlif vaxtlarda və istiqamətlərdə, eləcə də həmin gün bütün cəbhəboyu ərazilərimizdə başlatdığı hərbi təxribatlarına qarşı həyata keçirilən əks-hücumu əməliyyatı nəticəsində tarixi zəfər qazandıq. Bu qalibiyyət dövlətimizin və xalqımızın yenilməzlik, məğrurluq, qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, 30 ilə yaxın müddətdə erməni işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bütün dünya azərbaycanlıları, eləcə Azərbaycana dost, qardaş dövlət və millətləri sevindirən bu zəfər müasir tariximizin ən unudulmaz səhifəsinə çevrildi. Bu gün dövlət başçıssı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti sonsuz qürur hissi ilə xatırlayırıq. Vətən müharibəsindəki qələbəmizdən sonra məhv edilmiş, dizi üstə çökdürülmüş Ermənistan silahlı qüvvələri təslim olaraq, öz acizliyini etiraf etmiş və 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu üçtərəfli sənədin imzalanması Azərbaycanın qalibiyyətini sübut etməklə yanaşı, həmçinin Ermənistanın biyabırçı və utancverici acı məğlubiyyətinin isbatı idi.