Ərşad müəllim vəzifəsini şərəflə yerinə yetirir
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ərşad müəllim barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ərşad müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
"Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ərşad müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ərşad müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ərşad müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ərşad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ərşad müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ərşad müəllim - “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Şanlı Qələbəmiz böyük qətiyyətin, səylərin, sabaha inamın nəticəsi idi. Müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalında əsas amillərdən biri idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi. Ulu Öndərin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllində maraqlı olan Azərbaycan bu danışıqlar səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini istisna etmədi. Diplomatik uğurları önə çəkən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirdi ki, bununla yanaşı, hərbi gücümüzü də artırırıq. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan öz hesabına yaşayır, o cümlədən hərbi gücünü öz hesabına artırır.
44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa edən Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı bir daha təsdiqləndi. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı, həmçinin paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatıdır.”