sonnoqte.az
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!

4-11-2026, 08:12 395 dəfə baxılıb

SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!


Noyabrın 4-nə keçən gecə Rusiyanın Adıgeya Respublikasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində “Ozon” şirkətinin logistika mərkəzində yanğın baş verib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatlarından biri logistika mərkəzinə zərbə endirib. Hücum nəticəsində anbar kompleksində yanğın başlayıb.

Şirkət əməkdaşları operativ şəkildə təhlükəli ərazidən təxliyə olunublar. İlkin məlumatlara əsasən, işçilər arasında xəsarət alan yoxdur.

Yanğının əhatə etdiyi sahə, obyektə dəymiş maddi ziyanın həcmi və yanğının tam söndürülməsi barədə hələlik məlumat açıqlanmayıb.

Hadisənin baş verdiyi Adıgeya Respublikası Krasnodar diyarı ilə həmsərhəddir. Hücumun baş verdiyi ərazi ilə bağlı ilkin məlumatlarda Krasnodar istiqaməti də göstərilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO