sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı

Bu gün, 08:24 84 dəfə baxılıb

Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı


ABŞ-də keçirilən aralıq seçkilərdə diqqətçəkən ən böyük sürprizlərdən biri Texas ştatında qeydə alınıb.

““Decision Desk HQ” analitik mərkəzinin proqnozuna və rəsmi nəticələrə əsasən, Demokrat Partiyasının namizədi Ceyms Talariko ştatın baş prokuroru, Respublikaçı Ken Pakstonu məğlub edərək ABŞ Senatına seçilib.

Bu qələbə ilə Demokratlar 1994-cü ildən bəri ilk dəfə Texas ştatını Senatda təmsil etmək hüququ qazanıblar.

Texas tarixində ən bahalı Senat yarışı kimi dəyərləndirilən kampaniyanın son həftələrində iş adamı, milyarder İlon Mask Respublikaçı namizəd Ken Pakstonun kampaniyasına təxminən 200 milyon dollar maliyyə dəstəyi ayırmışdı. Lakin bu nəhəng investisiya Respublikaçıların ştatdakı uzunmüddətli dominantlığını qorumağa kifayət etməyib.

Mühafizəkar mövqeyi və abort əleyhinə addımları ilə tanınan Ken Pakstonun seçki qərargahı Talarikoya qarşı genişmiqyaslı ittiham kampaniyası həyata keçirib. Kampaniya çərçivəsində Talarikonun şəxsi keyfiyyətləri hədəf alınmış, o cümlədən ştat üzrə yayımlanan və süni intellekt texnologiyaları ilə hazırlanan reklamlarda rəqibin gender kimliyi və transgender hüquqlarına dair əvvəlki bəyanatları qabardılmışdı.

Seçki marafonu zamanı Ceyms Talariko bəzi sosial məsələlərdə əvvəlki kəskin mövqeyini yumşaldıb. “Fox News” telekanalına verdiyi müsahibədə o, uşaqlar üçün cinsin dəyişdirilməsi əməliyyatlarını qadağan edən federal qanunu dəstəkləyəcəyini və transgender idmançıların qızlar Liqasında iştirakına qarşı olduğunu bildirib. Dini təhsili olan Talariko kampaniyasını əsasən yaşayış xərcləri və korrupsiya ilə mübarizə üzərində qursa da, abort məsələsində dini dəyərlərə istinad edərək bu mövzunu “mədəniyyət müharibəsi” deyil, ictimai səhiyyə məsələsi kimi qələmə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO