sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər

Bu gün, 09:33 5 dəfə baxılıb

İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər


Göygöl rayonunun Üçtəpə kəndində 38 yaşlı qadının qətli ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Kənd sakini Mehriban Quliyeva çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirib

İlkin məlumata görə, qadının həyat yoldaşı, 41 yaşlı Mətləb Quliyev cinayəti qısqanclıq zəminində törədib.

Hadisədən dərhal sonra rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Qətli törətməkdə şübhəli bilinən Mətləb Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Kənd sakinlərinin sözlərinə görə, ailə ilə bağlı indiyədək hər hansı narazılıq və ya münaqişə eşidilməyib. Qonşular onları sakit və mehriban ailə kimi tanıyıblar.

Qeyd edək ki, ailənin 15 və 16 yaşlarında iki oğlu var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO