12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
12:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib
12:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
12:41 – Prezident fərman imzaladı
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
Bu gün, 16:00
2 dəfə baxılıb
Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.
Əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.
Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.
Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.
Daha ətraflı “Xəzər Xəbər”in reportajında:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: