sonnoqte.az
Xəbər başlıqları
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı

Bu gün, 11:55 2 dəfə baxılıb

Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı


Heydər Əliyev Beynəlxalq Hava Limanında yerdən tapdığı 20 min dolları sahibinə qaytarmayan şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Xitab24.az xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 1994-cü il təvəllüdlü Gəray Qasımov (ad-soyad şərtidir) çıxarılıb.
İttiham aktına görə, taksi fəaliyyəti ilə məşğul olan Gəray İstanbul-Bakı reysindən gələn qadın sərnişinin terminalın önündə içində 20 min dollar olan unutduğu çantanı götürüb və sahibə qaytarmamaqla yanaşı, polisə məlumat verməyib.

O, həmin məbləği şəxsi borclarına sərf edib, pulun Allah tərəfindən göndərildiyini düşünərək dilənçilərə 3000 manat paylayıb.

İşin üstü qadının digər taksiyə minən zaman yerdə unutduğu çantanı götürmək məqsədilə aeroporta geri qayıdarkən açılıb. Kameralar vasitəsilə çantanın G.Qasımov tərəfindən götürüldüyü müəyyənləşib.

O, dəymiş ziyanın yarısını zərərçəkmişə ödəyib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO