sonnoqte.az
Xəbər başlıqları
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir

Bu gün, 15:30 4 dəfə baxılıb

Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir


Yunanıstanın ultra-sağçı "Yunan Həlli" (Elliniki Lisi) Partiyasının lideri Kiriakos Velopulos Türkiyə və türklər haqqında kəskin ifadələr səsləndirib.

Siyasətçi Afina ilə Ankara arasında gərginliyin azaldılmasını hədəfləyən "sakit sular" siyasətini tənqid edərək Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirib.

Velopulos açıqlamasında Napolyon Bonaparta aid edilən sitata istinad edərək: "Türklərlə bağlı tək bir həll yolu var: Türkləri öldürmək olar, lakin məğlub etmək olmaz" - ifadəsini işlədib.

O, eyni zamanda Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Ankara ilə yürütdüyü normallaşma kursunu kəskin tənqid edib.

Xəbər mənbələrində yunan dilindəki bu ifadə bəzən "Türklər öldürülə bilər, lakin məğlub edilə bilməzlər" kimi tərcümə olunub.

Burada mühüm bir məqam odur ki, Velopulosun partiyası tərəfindən yayılan orijinal yunan bəyanatında "exolothreftoun" feli işlənib. Kontekstdən asılı olaraq, bu termin "məhv edilmək" və ya "tamamilə yox edilmək" mənasını verir. Beləliklə, ilkin mənbə bəyanatda türkləri hədəf alan sərt ifadələrin yer aldığını təsdiqləyir.

Baş nazir Mitsotakisin Türkiyə siyasətini hədəf alan Velopulos, son üç ildə tətbiq edilən "sakit sular" yanaşmasının Türkiyənin mövqeyini dəyişdirmədiyini iddia edib. O, Türkiyə tərəfindən verilən bəyanatları "şovinizm" adlandıraraq Afina rəhbərliyini geri çəkilməkdə günahlandırıb.

Velopulos sentyabrın 10-da verdiyi bəyanatda da hökumətdən Kipr ilə Eksklüziv İqtisadi Zona elan etməyi və dəniz ərazi sularını 12 milə çatdırmağı tələb edib. Türkiyə Xarici İşlər Nazirliyi isə sentyabrın 14-də Yunanıstan tərəfindən səslənən bu kimi bəyanatlara cavab verərək yunan rəsmilərini "ciddiyyətə və sağlam düşüncəyə" dəvət edib.

Qeyd edək ki, Velopulosun türkləri hədəf alan bu sözləri "Yunan Həlli" Partiyasının rəsmi internet saytında sentyabrın 21-də press-reliz şəklində dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO