sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Camaat KƏNDdən NİYƏ qaçır ?

Bu gün, 15:30 3 dəfə baxılıb

Camaat KƏNDdən NİYƏ qaçır ?


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin kəndlərdə həyatın dəyişməsi və gənclərin işləmək istəmədiyi barədə dedikləri müzakirə mövzusu olub. Deputatın sözlərinə görə, bu gün kəndlərdə həyat şəraiti əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Kəndlərdə müasir villalar tikilir, avtomobillərin sayı artıb, qaz və elektrik təminatı yaxşılaşıb. Ancaq buna baxmayaraq, xüsusilə bəzi gənclərin kənd təsərrüfatında işləməyə marağı azalıb.

Tahir Rzayev hesab edir ki, burada əmək münasibətinin dəyişməsi də rol oynayır. Onun sözlərinə görə, kənd təsərrüfatı səhər tezdən başlayan, gündəlik zəhmət tələb edən bir sahədir. Lakin bəzi gənclər heyvandarlıq və digər ağır işlərə yaxın durmaq istəmirlər.

Kənddən köçün səbəbləri daha mürəkkəb ola bilər. Gənclər daha yaxşı təhsil, daha yüksək gəlir, peşə imkanları, sosial və mədəni mühit, səhiyyə və digər xidmətlərə çıxış üçün şəhərlərə üz tuta bilərlər. Kənd təsərrüfatında isə gəlirin mövsümi olması, məhsulun satışında yaranan problemlər, su və texnika məsələləri, bazar riskləri və ağır əmək də gənclərin bu sahəyə marağını azalda bilər.

Yəni kəndin boşalmasını yalnız “gənclər işləmək istəmir” fikri ilə izah etmək problemin yalnız bir tərəfini göstərmiş olar. Kəndlərdə villaların və avtomobillərin artması həyat səviyyəsinin müəyyən göstəricisi ola bilər. Amma kəndin həqiqi gələcəyi orada neçə villa tikilməsindən çox, neçə gəncin öz gələcəyini həmin kənddə görməsindən asılıdır.

Burada isə daha ciddi sual yaranır: kənddən şəhərə köçən insanların hamısını sadəcə işləmək istəməyən və ya ağır əməkdən qaçan insanlar kimi qiymətləndirmək olarmı?

İqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, kənddən şəhərə köçən insanların hamısı sadəcə işləmək istəməyən və ya ağır əməkdən qaçan insanlar deyil:

“İnsanların kənd təsərrüfatı işlərindən qaçması ağır əməkdən qaçmaq deyil, həmin sahədə gəlirliliyin azlığının törətdiyi problemdir. Gənclər internet çağında böyüyən nəsildir. Onlar həm yüksək əməkhaqqı istəyirlər, həm sosial həyat istəyirlər. Rayonlarda və kəndlərdə isə sosial həyatın fərqi şəhərlə müqayisədə çox böyükdür. Gənclərin əyləncə yerləri, maraq dairələri üzrə toplaşma məkanları yoxdur və gəlirlər aşağıdır. Yəni kənddə fermer təsərrüfatı ilə məşğul olub böyük gəlir edə bilmirlər. İnsanların fermer təsərrüfatında çox böyük gəlirləri olmalıdır ki, onlar kəndə bağlansınlar, evlərində qalsınlar və şəhərə köçmək barədə düşünməsinlər. Dünyada da bu problem var. Məsələn, İtaliya bu problemin qarşısını almaq üçün çox ciddi proqramlar qəbul edir. Əgər etiraf ediriksə ki, kənd təsərrüfatı ağır əmək sərf edilən sahədir, deməli ağır əməyin qarşılığında fermerin daha çox qazanması şərt kimi ortaya çıxır. Bu şərt təmin olunmayanda insanlar həmin sahə ilə məşğul olmaqdan imtina etməyə başlayır. Dövlət onların maraqlarını idarə etməyə çalışmalıdır, onların gəlirlərinin artmasına imkanlar yaradan proqramlar tətbiq etməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO