Tərtərdə həmkəndlisi S.A-ya “Kalaşnikov”la atəş açan 1990-cı il təvəllüdlü B.Q-nin məhkəmə prosesi başa çatıb.
Xitab24.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Cinayət Məcəlləsinin 29, 120.1 və
228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən B.Q. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. B.Q. bu səbəbdən S.A-ya kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Hadisələrin davamında təqsirləndirilən şəxs zərərçəkmişin “VAZ-21014” markalı avtomobilinə “Kalaşnikov”la atəş açıb.
Avtomatdan atılan güllələrin heç biri S.A-ya dəyməsə də, avtomobili zərər görüb. Hadisədən sonra təqsirləndirilən şəxs polisə təslim olub.
Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş hərbçi olmaqla yanaşı, Vətən Müharibəsində iştirak edib. B.Q. döyüşlərdə yaralandığı üçün ehtiyata buraxılıb, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, hadisədə istifadə etdiyi avtomatı Ağdərə istiqamətində taparaq özündə saxlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.