sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama

Bu gün, 11:13 2 dəfə baxılıb

İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama


Özəl sektorda çalışan bəzi işçilər əməkhaqqının gecikdirilməsi və ya ödənilməməsi halları ilə qarşılaşırlar. Belə vəziyyətlərdə işçilərin hansı hüquqlara malik olduğu, ödənilməmiş əməkhaqqının alınması üçün qanunvericiliyin hansı mexanizmləri nəzərdə tutduğu və işəgötürənlərin hansı məsuliyyət daşıdığı aktual məsələlər sırasındadır.

Bəs işçinin ödənilməyən əməkhaqqını geri ala bilməsi üçün qanun hansı hüquqi təminatları nəzərdə tutur?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil edilir və həm dövlət, həm də özəl sektorda işəgötürənlər əməkhaqqını müəyyən edilmiş müddətdə və tam həcmdə ödəməyə borcludurlar.

Onun sözlərinə görə, hüquqi baxımdan işçinin özəl və ya dövlət müəssisəsində çalışması əməkhaqqının ödənilməsi ilə bağlı əsas hüquq və təminatları məhdudlaşdırmır:

“Əmək Məcəlləsinin tələbinə əsasən, işəgötürən işçiyə əməkhaqqını qanunvericilikdə və əmək müqaviləsində müəyyən edilmiş müddətdə tam həcmdə ödəməyə borcludur. Əməkhaqqının gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsi işçinin əmək hüquqlarının pozulması hesab olunur və qanunvericilik belə hallarda işçiyə bir sıra hüquqi təminatlar verir.

İşçi ilk növbədə işəgötürənə yazılı qaydada müraciət edərək borcun ödənilməsini tələb edə bilər. Problem aradan qaldırılmadıqda isə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək və ya məhkəmə qaydasında ödənilməmiş əməkhaqqının, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərin tutulmasını tələb etmək hüququna malikdir. Məhkəmə qərarı əsasında əməkhaqqı borcu məcburi icra qaydasında işəgötürəndən tutula bilər.

Beləliklə, qanunvericilik işçinin əməyinin qarşılığını vaxtında və tam almasını hüquqi baxımdan təmin edir və əməkhaqqının ödənilməməsi hallarında onun hüquqlarının bərpası üçün inzibati və məhkəmə müdafiəsi mexanizmləri nəzərdə tutur”, - deyə hüquqşünas fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO