sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Mövsümə Ronaldosuz başlayacaqlar

Bu gün, 08:35 2 dəfə baxılıb

Mövsümə Ronaldosuz başlayacaqlar


Portuqaliyalı ulduz Kriştianu Ronaldo 2026/2027 mövsümünün əvvəlində “Əl-Nəsr”in heyətində olmayacaq.

“Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Yaum” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ronaldo yeni mövsümün ilk iki oyununu buraxacaq. 41 yaşlı futbolçu Roşn Liqasının ilk turunda “Əl-Fateh”ə, daha sonra isə Kral Kubokunun 1/32 final mərhələsində “Əl-Diriyah”a qarşı keçiriləcək görüşlərdə meydana çıxmayacaq.

“Əl-Nəsr” avqustun 15-də liqanın ilk turunda “Əl-Fateh”lə qarşılaşacaq. Komanda üç gün sonra Kral Kubokunda “Əl-Diriyah”la üz-üzə gələcək.

Ronaldonun uzun müddətdir komandadan ayrı qalması diqqət çəkir. Portuqaliya millisinin 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya 1:0 hesabı ilə məğlub olaraq turnirdən kənar qalmasından sonra futbolçu iyulun 6-dan etibarən “Əl-Nəsr”in düşərgəsində olmayıb.

Məlumata görə, Ronaldo dünya çempionatından sonra nəzərdə tutulan 21 günlük istirahət müddətinin ardından komandaya qayıtmalı idi. Lakin onun məşqlərə qoşulmadığı və ötən həftə başa çatan xarici təlim-məşq toplanışında da iştirak etmədiyi bildirilir.

Ronaldo Səudiyyə Ərəbistanına qayıtdıqdan sonra da komanda ilə məşqlərdə iştirak etməyib. Portuqaliyalı ulduzun müxtəlif şəhərlərdə keçirilən hazırlıq prosesləri də daxil olmaqla, 32 gün ərzində komandanın məşqlərindən kənarda qaldığı qeyd olunur.

Ronaldonun ilk iki oyunda iştirak etməyəcəyi barədə məlumat onun yeni mövsümün startında komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.

“Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının qalibi olub və yeddi illik fasilədən sonra bu titula sahib çıxıb. Komanda yeni mövsümdə çempionluq titulunu qorumaqla yanaşı, tarixində ilk dəfə AFC Çempionlar Liqasının Elit turnirində də qalib olmağı hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO