13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
10:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
09:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
09:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Ronaldo bu dəfə formasını yerə atdı - Video
12-04-2021, 09:40
348 dəfə baxılıb
“Yuventus”un ulduzu oyunçusu Kriştianu Ronaldo növbəti dəfə etdiyi hərəkətlə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, “Cenoa”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra formasını yerə atıb.
Bir neçə saniyə sonra stadiondakı topdaşıyan uşaqlardan biri formanı yerdən götürüb. İtaliya mətbuatının yazdığına görə, Ronaldo məhz həmin topdaşıyanın xahişi ilə formasını yerə atıb.
Matçdan sonra turinlilərin çalışdırıcısı Andrea Pirlo da bununla bağlı açıqlama verib: “Ronaldo daim qol vurmaq istəyir. Onun əsəbiləşməsi normaldır. Buna görə cəzalanmayacaq”.
Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: