sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Zəngəzura görə İran hərəkətə keçdi - ABŞ hərbçiləri ilə bağlı İrəvandan açıqlama

Bu gün, 09:47 6 dəfə baxılıb

Zəngəzura görə İran hərəkətə keçdi - ABŞ hərbçiləri ilə bağlı İrəvandan açıqlama


İran Zəngəzur dəhlizində ABŞ-nin hərbi mövcudluğunun olub-olmayacağı ilə bağlı Ermənistana rəsmi suallar ünvanlayıb.

İrəvan Tehrana belə bir hərbi mövcudluğun nəzərdə tutulmadığını bildirib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, İran tərəfi Zəngəzur dəhlizi layihəsi ilə bağlı Ermənistan rəhbərliyinə bir sıra suallar ünvanlayıb və həmin sualların hamısı cavablandırılıb.

Mirzoyan bildirib ki, Tehranın əsas narahatlıqlarından biri Zəngəzur dəhlizində ABŞ hərbçilərinin yerləşdirilməsi ehtimalı olub. Ermənistan tərəfi isə belə bir hərbi mövcudluğun olmayacağı barədə İranı məlumatlandırıb.

Ermənistan XİN rəhbəri İran rəsmilərinin regionda üçüncü qüvvələrin mövcudluğunun vəziyyəti mürəkkəbləşdirməsi barədə dəfələrlə səsləndirdikləri fikirlərlə razılaşdığını da bildirib.

Bununla belə, Mirzoyan qeyd edib ki, ilk növbədə İranın «üçüncü qüvvələr» dedikdə konkret olaraq kimi nəzərdə tutduğunu müəyyənləşdirmək lazımdır.

Nazirin fikrincə, istənilən iki dövlət arasındakı münasibətlərə üçüncü qüvvələrin müdaxiləsi həmin münasibətləri daha da mürəkkəbləşdirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO