sonnoqte.az
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır

15-10-2026, 14:22 44 dəfə baxılıb

Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır


Birləşmiş Ştatların Donald Tramp administrasiyası Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk rabitəsi sisteminin fəaliyyətinə tətbiq edilən yeni sürət məhdudiyyətləri ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Bu barədə "Axios" nəşrinin nüfuzlu jurnalisti Barak Ravid amerikalı yüksəksəviyyəli rəsmilərə istinadən xəbər yayıb. Amerikalı yüksəksəviyyəli rəsmi şəxs jurnalistə açıqlamasında Tramp administrasiyasının "Starlink" şəbəkəsindəki məhdudiyyətlərlə heç bir aidiyyətinin olmadığını və Ağ Evin "SpaceX" şirkətinin daxili qərarlarını birbaşa idarə etmədiyini vurğulayıb.

Buna baxmayaraq, "Axios"un mənbələri Ukrayna rəhbərliyində və hərbi komandanlığında Vaşinqtonun bu addımda dolayısı ilə rolu olması ilə bağlı şübhələrin hələ də qaldığını bildirir.   Məlumata görə, Prezident Volodimir Zelenskinin baş müşavirləri artıq Ağ Evdəki həmkarları ilə əlaqə saxlayaraq "Starlink"in fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılması barədə hər hansı siyasi qərarın verilib-verilmədiyini dəqiqləşdirməyə çalışıblar.

Ukrayna tərəfi yaranmış böhranlı vəziyyəti tez bir zamanda aradan qaldırmaq və cəbhədə rabitə kəsintilərinin düzəldilməsi üçün hansı addımların atılmalı olduğunu amerikalı tərəfdaşları ilə müzakirə edir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO