Rusiya ordusunun Kiyevin enerji infrastrukturuna zərbələri şəhərdə elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olub.
“Insıder UA” “Telegram” kanalı Ukrayna paytaxtının qaranlığa qərq olma anını əks etdirən görüntülər paylaşıb.
“Hücumdan sonra Kiyevdə işığın kəsilmə anı. Həmçinin su ilə bağlı problemlər barədə məlumat var”, - paylaşımda deyilir.
Ümumilikdə şəhərin Darnitski, Dneprovski, Peçerski, Solomenski və Qoloseyevski rayonlarında elektrik enerjisinin verilməsinin dayandırıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.