sonnoqte.az
Xəbər başlıqları
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Bu gün, 14:22 5 dəfə baxılıb

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı


Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub.

Musavat.com xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesini kəskin tənqid edib.

O, bu barədə 2009-cu ildə imzalanmış Sürix protokollarının 17-ci ildönümü münasibətilə Sputnik Ermənistan-a açıqlamasında danışıb.

Melkonyanın sözlərinə görə, hazırkı normallaşma prosesi real diplomatik irəliləyişdən daha çox görüntü xarakteri daşıyır.

Ekspert hesab edir ki, 2008–2009-cu illərdə həyata keçirilən və tarixə “futbol diplomatiyası” kimi düşən proses zamanı Ermənistan öz mövqelərini qorumağa, bir sıra prinsipial məsələlərdə güzəştə getməməyə nail olmuşdu.

Onun fikrincə, hazırkı mərhələdə isə Ermənistan diplomatiyası həmin dövrlə müqayisədə geriləmə yaşayır.

Melkonyan xüsusilə Sürix protokollarının məzmununa diqqət çəkib.

O bildirib ki, həmin sənədlərdə nə Qarabağ məsələsinə, nə qondarma “erməni soyqırımı” iddialarını şübhə altına alan müddəalara, nə də Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini nəzərdə tutan ifadələrə yer verilmişdi.

Bundan başqa, protokollarda 1921-ci il Qars müqaviləsinə də istinad edilməmişdi.

Erməni ekspertin sözlərinə görə, bütün bunlar Türkiyənin irəli sürdüyü tələblər sırasında olsa da, həmin dövrdə Ermənistan bu məsələlərdə geri çəkilməmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO