Moskva vilayəti istiqamətində 400-dən çox pilotsuz uçuş aparatı (PUA) hücum edib. Hədəflərin böyük hissəsi hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
“12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-a qədər Moskva vilayəti istiqamətində 417 PUA uçub. Onların böyük hissəsi HHM qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib”, - deyə o, özünün “MAX” kanalında yazıb.
Sobyanin əlavə edib ki, qeyd olunan müddət ərzində birbaşa Moskvaya yaxınlaşarkən daha 65 PUA məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.