sonnoqte.az
Xəbər başlıqları
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 

“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”

Bu gün, 10:07 8 dəfə baxılıb

“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. 

Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb.

Paşinyan bildirib ki, sülh sazişinin imzalanması nəticəsində Ermənistan 29 743 kv. km əraziyə malik olmalıdır: 

“Bundan başqa, sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmamalıdır. Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərdə əraziləri mübadilə etməlidir”. 

O vurğulayıb ki, iki dövlət arasında bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır.

Baş nazir həmçinin Azərbaycan və Ermənistanın bir-birinə qarşı heç bir tələb irəli sürməməli olduğunu qeyd edib: “İrəvan və Bakı bir-birinə qarşı heç bir tələb irəli sürməməli və bütün məsələlərdə bir-birini rahat buraxmalıdır. Heç bir tələb, o cümlədən Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqini əhatə edən tələblər olmamalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO