sonnoqte.az
Xəbər başlıqları
  • 11:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 16:02 – İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar 
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış

Bu gün, 14:22 8 dəfə baxılıb

Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış


Ərzaq və kommunal xərclər artmasına etiraz olaraq Paris küçələrində başlamış aksiyalara Ermənistan cəmiyyətin susqunluğu Nikol Paşinyan hökumətinin əleyhdarlarını mıyus edib.

Musavat.com xəbər verir ki, Ermənistanda ərzaq məhsullarının, kommunal xidmətlərin və kirayə mənzillərin qiymətlərinin artmasına baxmayaraq, ölkədə kütləvi sosial etirazların müşahidə olunmaması müzakirə mövzusuna çevrilib. “Qolos Armeniya” nəşrində dərc olunan məqalədə bu vəziyyətin səbəbləri təhlil edilir və cəmiyyətin iqtisadi çətinliklərə səssiz münasibətinin mümkün nəticələrinə diqqət çəkilir.

Nəşrin yazdığına görə, Ermənistanda qiymətlər tədricən artır. Ərzaq mağazalarında gündəlik tələbat mallarının qiymətlərində baş verən kiçik artımlar zaman keçdikcə ailələrin xərclərinə ciddi təsir göstərir. Ət, süd məhsulları, kərə yağı və digər zəruri ərzaqların bahalaşması əhalinin büdcəsinə əlavə yük yaradır.

Məqalədə vurğulanır ki, Qərbi Avropa ölkələrində həyat səviyyəsinin aşağı düşməsi və qiymət artımları bəzən kütləvi etirazlara səbəb olduğu halda, Ermənistanda oxşar reaksiyanın görünməməsi diqqət çəkir. Müəllifin fikrincə, bunun əsas səbəblərindən biri erməni cəmiyyətinin uzun illər ərzində iqtisadi çətinliklərə uyğunlaşmasıdır.

Sovet İttifaqının dağılmasından sonrakı ağır dövr, milli valyutanın devalvasiyaları, iqtisadi məhdudiyyətlər və sistemli korrupsiya cəmiyyətdə çətinliklərə dözümlülük formalaşdırıb. Nəticədə, qiymət artımları bir çox insan üçün fövqəladə hadisədən daha çox gündəlik həyatın adi hissəsinə çevrilib.

“Qolos Armeniya” hesab edir ki, küçə etirazlarının olmaması iqtisadi vəziyyətin qənaətbəxş olması demək deyil. Əksinə, bu, insanların etirazlar vasitəsilə real dəyişiklik əldə edə biləcəklərinə inamının zəifləməsi ilə bağlı ola bilər. Cəmiyyət mümkün siyasi və iqtisadi qeyri-sabitliyin risklərini nəzərə alaraq mövcud vəziyyətə uyğunlaşmağa çalışır.

Məqalədə başqa bir amil də önə çəkilir: dövlətçiliyin və ölkənin ərazi bütövlüyünün qorunması ilə bağlı narahatlıqlar. Müəllifin yanaşmasına görə, bəzi vətəndaşlar indiki şəraitdə sosial tələbləri ön plana çıxarmaqdansa, ölkədə sabitliyin qorunmasına üstünlük verə bilərlər.

Bununla belə, nəşr xəbərdarlıq edir ki, cəmiyyətin səbirli davranışı hakimiyyət üçün qeyri-məhdud imkan yaratmır. Əhalinin gündəlik xərcləri artmaqda davam edərsə, sosial problemlər dərinləşərsə və yüksək vəzifəli məmurların maaşları ilə mükafatları ətrafında narazılıq güclənərsə, indiki passivlik gələcəkdə daha kəskin reaksiyalarla əvəz oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO