sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI

23-09-2025, 16:00 94 dəfə baxılıb

Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI


Kərə yağı gündəlik qida rasionumuzda mühüm yer tutur. Lakin bazarda çoxsaylı məhsullar arasında keyfiyyətli və təbii kərə yağı seçmək bəzən çətin ola bilər.

Kərə yağı alarkən nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı qida eksperti Ağa Salmanov bildirib ki, hər il bazarda saxta və ya keyfiyyətsiz məhsulların sayı artır, bu da alıcıların sağlamlığı üçün risk yaradır:

"Keyfiyyətli kərə yağı yalnız süd yağından ibarət olmalıdır. İçində qatqı maddələri, bitki yağları və ya emulqatorlar varsa, bu, məhsulun təbii olmadığını göstərir. 100% təbii kərə yağı almağa üstünlük verin. Hər bir məhsulda istehsal tarixi, son istifadə müddəti, tərkibi və istehsalçı haqqında məlumat olmalıdır. Rəsmi qeydiyyatı və lisenziyası olmayan məhsullardan çəkinmək məsləhətdir. Kərə yağı qutularının açılmamış və zədəsiz olması vacibdir. Qutuda deformasiyalar və ya çatlar məhsulun xarab ola biləcəyinə işarədir. Təbii kərə yağı açıldıqda xoş, təzə süd qoxusu verir. Sarı rəngi isə təbii və zəngin olur. Əgər kərə yağı qoxusuz, kəskin və ya yad bir qoxu yayırsa, bu, məhsulun keyfiyyətsiz olduğunu göstərə bilər. Çox ucuz qiymətə satılan kərə yağları adətən saxta və ya qatqılı ola bilər. Keyfiyyətli məhsulların qiyməti bazar standartlarından çox fərqlənməməlidir".

Ekspert bildirir ki, istehlakçılar yalnız tanınmış və etibarlı brendlərin məhsullarını almağa diqqət etməlidir.

"Kərə yağı alarkən tərkibi və istehsal məlumatlarını diqqətlə oxumaq, saxta məhsullardan qorunmaq üçün ən effektiv yoldur", - deyə o qeyd edir.

Qeyd edək ki, bu sadə qaydalara əməl etməklə həm sağlamlığınızı qoruya, həm də keyfiyyətli məhsul əldə edə bilərsiniz.(milli.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO