sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 
  • 09:21 – Prezident Forumda çıxış edir - Canlı 
  • 12:02 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 

Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Bu gün, 08:43 6 dəfə baxılıb

Dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır


Azərbaycanın iki qadın güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayır.
Yarışın növbəti günündə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Bundan əlavə, üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov (87 kq) isə təsəlliverici qarşılaşmada Latana Sopa (Amerika Samoası) ilə görüşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO