sonnoqte.az
Xəbər başlıqları
  • 14:41 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 11:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 11:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 11:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

5 güləşçimiz mübarizəyə başlayır

24-04-2026, 09:46 9 dəfə baxılıb

5 güləşçimiz mübarizəyə başlayır


Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bu gün həmçinin Azərbaycanın üç qadın güləşçisinin bürünc medal uğrunda görüşü var. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova 3-cü yer uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO